"Taliban" nümayəndələri danışıqlar üçün Moskvaya gedib

"Taliban" nümayəndələri danışıqlar üçün Moskvaya gedib
  08 İyul 2021    Oxunub:743
“Taliban” hərəkatının siyasi ofisinin nümayəndələri danışıqlar aparmaq üçün Moskvaya gedib.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın təmsilçisi Suheyl Şahin bildirib.

Heyətə "Taliban" hərəkatının Qətərdəki siyasi ofisinin liderlərindən biri, Əfqanıstan vətəndaşları ilə əlaqələr şöbəsinin müdiri Şahabuddin Delavar rəhbərlik edir. Delavar "Taliban" və ABŞ arasındakı danışıqlarda da iştirak edib.

"Şahabuddin Delavar Rusiyaya gələn üç nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edir", - Şahin deyib.

Bir gün əvvəl "Taliban" və Əfqanıstan hakimiyyəti arasında danışıqların başladığı məlum olub.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstandakı vəziyyətin sürətlə pisləşdiyini bildirib. Nazir bunu Amerika qoşunlarının ölkədən çıxarılması ilə əlaqələndirib. O vurğulayıb ki, Moskva bu və ya digər şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivsində öhdəliklərini yerinə yetirməyə davam edəcək və təcavüzü qarşısını almaq üçün əlindən gələni edəcək.

Xatırladaq ki, "Taliban" Əfqanıstanda bir sıra rayonlara nəzarəti ələ keçirdiyini elan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti