Litvada gərgin anlar: Rus qırıcıları prezidentlərin mətbuat konfransını pozdu -VİDEO

      Litvada gərgin anlar:    Rus qırıcıları prezidentlərin mətbuat konfransını pozdu -VİDEO
  08 İyul 2021    Oxunub:2566
Rusiya ilə NATO arasında olan gərginlik artmaqdadır.
Azvision.az xəbər verir ki, bu gün Litva prezidenti Qitanas Nauseda və İspaniyanın baş naziri Pedro Sançesin mətbuat konfransı zamanı insident yaşanıb. Belə ki, "EL Pais"in yaydığı məlumata görə, Şyaulyaydakı NATO hərbi bazasında keçirilən mətbuat konfransı Rusiya təyyarəsinin Litvanın hava məkanına keçməsi səbəbindən dayandırılıb.

Nausedanın çıxışı zamanı pilotlar gözlənilmədən həyəcan çıxışı ilə iki ölkə liderinin arxasında dayanan "Eurofighter" qırıcısına doğru qaçıblar.

Qeyd edilir ki, həmin anda NATO qırıcısını səmaya qaldırmaq qərarı Litvanın hava məkanını pozan bir Rusiya təyyarəsinə cavab olaraq verilib. Mətbuat konfransı insidentdən 25 dəqiqə sonra davam etdirilib.

NATO-da Moskvanın məhz Sançesin Litva səfəri zamanı hava məkanını pozmasını qəsdən atılmış addım kimi dəyərləndirirlər. Çünki bundan əvvəl- 18 gün ərzində belə bir arzuolunmaz hadisə qeydə alınmamışdı.

Bir sıra xarici KİV yazır ki, ümumiyyətlə Rusiya Federasiyası tərəfindən bu cür qalmaqallı hava məkanının pozulması halları NATO hərbi təlimləri və ya Avropa Birliyi liderlərinin Baltik bölgəsinə etdiyi səfərlər zamanı qeydə alınır.



Tural Tağıyev
Azvision.az



Teqlər: NATO   Rusiya  





Xəbər lenti