İsveçdə təyyarə qəzası, ölən və yaralananlar var

İsveçdə təyyarə qəzası,    ölən və yaralananlar var
  08 İyul 2021    Oxunub:764
İsveçin Örebro şəhərində göyərtəsində 9 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli KİV-lər yazıblar.

"Bu, paraşütlə tullanmaq üçün uçuş edən bir təyyarədir",- deyə Xilasedicilərin Kordinasiya Mərkəzinin rəhbəri Emil Qustavsson bildirib.

Onun sözlərinə görə, hadisə təyyarə havaya qalxdıqdan sonra baş verib. İsveç polisi bir neçə nəfərin həlak olması ilə bağlı məlumat verib.

TV4 kanalının verdiyi məlumata görə, iki nəfər xəstəxanaya yerləşdirilib və qəza yerində yanğın baş verib.

Şahanə Rəhimli

Azvision.az





Teqlər:





Xəbər lenti