Mahmud Abbas Türkiyəyə səfərə gəlir

Mahmud Abbas Türkiyəyə səfərə gəlir
  09 İyul 2021    Oxunub:773
Fələstin lideri Mahmud Abbas bu gün Türkiyəyə səfər edəcək.
Azvision.az xəbər verir ki, 9-11 iyul tarixlərində baş tutacaq səfər zamanı ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək.

Görüşlər zamanı Türkiyə ilə dost və qardaş Fələstin Dövləti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə ediləcək, Fələstindəki humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsindəki son durum qiymətləndiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Fələstin  



Xəbər lenti