Paşinyanın "sağ əli" siyasətdən getdi

   Paşinyanın "sağ əli" siyasətdən getdi
  09 İyul 2021    Oxunub:942
Ermənistanda seçki sonrası ilk ciddi "yarpaq tökümü" başlayıb.
Azvision.az xəbər verir ki, yerli media Paşinyanın yaxın silahdaşının siyasətdən uzaqlaşmasını açıqlayıb. Belə ki, baş nazirin müavini vəzifəsini icra edən Tiqran Avinyan siyasətdən özəl sektora gedir, bundan sonra heç bir vəzifə tutmaq niyyətində olmayacaq.

Bununla bağlı "Joğovurd" yazır:

"O yaxın dostu Varağ Siseryanı özəl şirkətlərdən birinə yerləşdirdi və indi özü də dostunun yanına getmək qərar verib. Söhbət Avinyanın rəhbər vəzifə tutmaq istədiyi bir telekommunikasiya şirkətindən gedir. Eyni zamanda, baş nazirin müavini vəzifəsini icra edən Avinyan öz komandasını da hökumət işlərindən uzaqlaşdırmaq və şirkətdə işlə təmin etmək niyyətindədir".

Qeyd edək ki, Avinyan üzvü olduğu iqtidarı partiyasının - "Vətəndaş müqavilə"sinin seçki siyahısına daxil edilməmişdi. Onun İrəvan meri vəzifəsinə namizəd olduğu barədə şayiələr yayılmışdı.

Tural Tağıyev
Azvision.az






Teqlər: Paşinyan   Siyasət  



Xəbər lenti