"Oğlum çox ağır dərmanlar qəbul edir"- Xalq artisti

   "Oğlum çox ağır dərmanlar qəbul edir"-   Xalq artisti
  09 İyul 2021    Oxunub:1680
Oğlumun səhhətindən narahatam. Həkimlər deyir ki, həmişə dərman qəbul etməlidir”.
Azvision.az xəbər verir ki, bunu Xalq artisti Könül Xasıyeva oğlunun və özünün səhhətindən danışarkən deyib. Muğam ifaçısının sözlərinə görə, müalicələrlə bağlı xərcləri çox çıxır.

“Bakıdayam. Pandemiya ilə əlaqədar evdən çıxmıram, efirlərə də getmirəm. Özümün və oğlumun müalicələri ilə məşğul oluram. Havaların isti keçdiyindən gileylənirlər, ancaq mən isti görmürəm. Evdə elə kondisioner altında yaşayıram. Bilirsiniz ki, sağlamlığım yerində deyil, çölə çıxsam, çox ünsiyyətdə olsam, virusa tez yoluxacağam. Oğlumun da səhhətini daima həkim nəzarəti altında saxlayıram. Ondan çox narahatam. Kazım çox ağır dərmanlar qəbul edir. Həkimlər deyir ki, bu dərmanları həmişə içməlidir. Xərclərim çox çıxır. Dövlətin verdiyi təqaüdə sığınıram. Həmin pulla birtəhər keçinirəm”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: KönülXasıyeva   Xalqartisti  





Xəbər lenti