"Microsoft" pandemiya vaxtı çalışanlara 1500 dollar mükafat verəcək

"Microsoft" pandemiya vaxtı çalışanlara 1500 dollar mükafat verəcək
  09 İyul 2021    Oxunub:1981
Amerikanın məşhur "Microsoft" şirkəti işçilərinə pandemiya dövründə çalışdıqları üçün 1500 dollar mükafat ödəyəcək.
Azvision.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb. Şirkətin kadrlar şöbəsinin müdiri Katlin Xoqanın sözlərinə görə, hazırda həm ABŞ-da, həm də xaricdə çalışan işçilər mükafat alırlar.

Qeyd edək ki, hazırda şirkətin dünya üzrə 175.508 əməkdaşı var. Ümumilikdə isə "Microsoft"un bonuslara təxminən 200 milyon dollar xərcləyəcəyi bildirilir.

Xatırladaq ki, bundan öncə "Facebook" (1.000 dollar-red.) və "Amazon" (300 dollar-red.) şirkətləri də bənzər bir bonus ödəməsini reallaşdırdıqlarını bəyan etmişdilər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Pandemiya   Microsoft  





Xəbər lenti