"Gözlənildiyi kimi müharibənin biabırçı nəticələri, habelə ölkədəki ağır sosial-iqtisadi və siyasi vəziyyət mühacirətin sayında görünməmiş bir artıma təkan verib. "Zvartnots" və "Şirak" hava limanlarının məlumatlarına görə, 6 ay ərzində Ermənistana gələnlərin sayı 602 679, ölkədən çıxanların sayı isə 740 785 nəfər təşkil edib.
|
| Ermənistanda rayon rəhbəri yoxa çıxdı |
Erməni politoloq ölkədən birdəfəlik gedənlərin sayının bundan sonra artacağına da əminliyini ifadə edib.
“Misilsiz mühacirətlə bağlı faktları pasport şöbələrində yaranmış dəhşətli dərəcədə uzun növbələr də sübut edir. İnsanlar pasportlarını kütləvi şəkildə əsasən ölkəni uzun müddətə tərk etmək üçün dəyişdirirlər. İnanıram ki, ilin sonuna qədər Ermənistana qayıtmayanların sayı 300 minə çatacaq. Nikol hökuməti Ermənistan erməniləri üçün fəlakətdir",-Ambaryan bildirib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


