Əfqanıstan prezidenti Baqram hərbi bazasında olub

Əfqanıstan prezidenti Baqram hərbi bazasında olub
  09 İyul 2021    Oxunub:854
Əfqanıstan Prezidenti Əşrəf Qani ABŞ qüvvələrininbir həftə əvvəl tərk etdiyi Baqram hərbi bazasına gəlib.
Azvision.az bu barədə “Tolo News”a istinadla xəbər verir.

Məlumata görə, səfər zamanı Qani Baqram həbsxanasını idarə edilməsi üçün tapşırıq verib.

Xatırladaq ki, ABŞ qüvvələri 2 iyul tarixində Əfqanıstanın ən böyük aviabazası olan Baqramı qoşunların geri çəkilməsi çərçivəsində tərk edib. Baqram bazası Kabilin şimalında yerləşir. 1979-1989-cu illər əfqan müharibəsi dövründə sovet qoşunları tərəfindən istifadə edilib. ABŞ-ın 2001-ci ildə Əfqanıstana daxil olmasından sonra bura Amerika qüvvələrinin əsas bazası olub.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden ABŞ qüvvələrinin 20 illik iştirakından sonra 11 sentyabr 2021-ci il tarixinə qədər Əfqanıstanı tərk edəcəyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Baqram  





Xəbər lenti