Britaniyanın Əfqanıstandakı hərbi missiyası başa çatıb - Boris Conson

Britaniyanın Əfqanıstandakı hərbi missiyası başa çatıb -    Boris Conson
  09 İyul 2021    Oxunub:1076
Böyük Britaniyanın baş naziri Boris Conson ingilis əsgərlərinin böyük əksəriyyətinin Əfqanıstandan çıxarıldığını və Londonun bu ölkədə hərbi missiyasının başa çatdığını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Conson parlamentin Nümayəndələr Palatasının iclasında çıxışı zamanı bildirib.

Əfqanıstanın artıq “Əl-Qaidə” terror təşkilatı üçün hərbi baza olmadığını söyləyən baş nazir deyib: “İyirmi ildir davam edən təlim düşərgələri artıq ləğv olunub və “Əl-Qaidə” rəhbərliyi ölkədən çıxarılıb. Bu, həqiqətləri heç vaxt unutmamalıyıq”.

Baş nazir Əfqanıstandakı missiya müddətində 457 ingilis əsgərinin həyatını itirdiyini qeyd edib.

İngilis əsgərləri ölkəni tərk etsə də, Birləşmiş Krallığın Əfqanıstanı hər zaman dəstəklədiyini söyləyən Boris Conson bildirib ki, bu il Britaniya Əfqanıstanın inkişafı üçün 100 milyon, milli təhlükəsizlik məsələləri üçün isə 58 milyon funt-sterlinq ayırıb.

Azvision.az



Teqlər: Britaniya   Əfqanıstan  



Xəbər lenti