Çin şirkətləri Qarabağda fəaldırlar - Səfir

  Çin şirkətləri Qarabağda fəaldırlar -  Səfir
  09 İyul 2021    Oxunub:1261
Azərbaycan ilə Çin arasında dostluq münasibətləri mövcuddur. Çin şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər.
Azvision.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min deyib.

Azərbaycanın çox gözəl və əsrarəngiz ölkə olduğunu vurğulayan səfir deyib ki, Qarabağa, Şuşaya səfərdən çox məmnundur.

“Mən çox heyrətləndim. Qısa müddətdə bu qədər nəhəng işlər görülüb. Təəssüratlarım çox zəngindir”, - Qo Min qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Şuşa   Çin   Səfir  





Xəbər lenti