Haitidə müvəqqəti prezident təsdiqləndi

Haitidə müvəqqəti prezident təsdiqləndi
  10 İyul 2021    Oxunub:837
Haiti Senatı müvəqqəti prezidenti təsdiqləyib. Senat başçısı Jozef Lamber yeni dövlət başçısı seçilənə qədər respublikanın müvəqqəti prezidenti olacaq.
Azvision.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir. Qeyd olunur ki, o, mütləq səs çoxluğu ilə seçilib.

"Yeni müvəqqəti prezident parlamentdə andı içəcək", - qətnamədə deyilir. Lamber onu dəstəkləyən siyasi qüvvələrə minnətdarlığını bildirib.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olunub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti   Prezident  



Xəbər lenti