"Ya peyvənd, ya iş"

"Ya peyvənd, ya iş"
  10 İyul 2021    Oxunub:1540
Ficidə peyvəndlənmə dövlət işində, hətta özəl sektorda çalışanların qalıb işləməsi üçün əsas şərtə çevriləcək. Məmurlardan kimsə peyvənddən imtina etdiyi təqdirdə, işini itirəcək.
Azvision.az xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, ölkə başçısı Frank Beynimarama televiziya ilə xalqa etdiyi müraciətdə özəl sektor işçiləri və rəhbərlərini 1 avqusta qədər ən azı bir doza COVID-19 peyvəndi vurdurmalı olduğunu söyləyib.

- Hər hansı bir şirkətin baş direktoru, fərdi sahibkar və ya işçi olmağınızın heç bir əhəmiyyəti yoxdur. İşə davam etmək üçün peyvəndlənməlisiniz. Əks təqdirdə biznesinizin bağlanması təhlükəsi var,- Beynimarama bildirib.

Nəşrin yazdığına görə, məmurlara ilk peyvəndlərini 15 avqusta qədər etməyəcəkləri təqdirdə məzuniyyətə getmək təklif ediləcək. Onlar noyabrın 1-ə kimi tam peyvəndlənmə prosesindən keçməzlərsə, işdən qovulacaqlar.

Qeyd edək ki, Fici hökuməti peyvənd kampaniyasını artırmaq üçün ağır cərimələr tətbiq edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Fici   Vaksin  





Xəbər lenti