Ermənistanda şəhər meri həbs edildi

 Ermənistanda şəhər meri həbs edildi
  10 İyul 2021    Oxunub:1055
Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Kaçaran şəhərinin meri Manvel Paramazyan iki ay müddətinə həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə onun vəkili Lusine Saakyan bildirib.

O, fırıldaqçılıq, rüşvət almaq və seçicilərin iradəsinin sərbəst ifadə edilməsinə mane olmaqda günahlandırılır.

Xatırladaq ki, daha əvvəl təhlükəsizlik qüvvələri Paramazyanın evində, eləcə də Zəngəzur mis-molibden kombinatında axtarışlar həyata keçirib. Daha sonra mer İrəvana aparılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Mer   Həbs  





Xəbər lenti