Rusiyada virusdan rekord sayda ölüm olub

 Rusiyada virusdan rekord sayda ölüm olub
  10 İyul 2021    Oxunub:906
Rusiyada son sutka ərzində koronavirusa 25 082 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 758 300 nəfərə çatıb.

Rusiyada son bir gündə 752 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 142 253 nəfərdir. İndiyədək 5 182 837 nəfər sağalıb. Bu, pandemiya başlayanadan sutkalıq plüm sayında rekord sayılır.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Virus   Rusiya  



Xəbər lenti