Ermənistanda hərbi maşın aşıb: 3 yaralı, 1 ölü

 Ermənistanda hərbi maşın aşıb:   3 yaralı, 1 ölü
  10 İyul 2021    Oxunub:1444
Bu gün Ermənistanda ağır avtomobil qəzası baş verib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, gecə saatlarında Ararat bölgəsinin İrəvan-Yerasx magistral yolunda "Opel" markalı avtomobil ilə Müdafiə Nazirliyinin balansında olan "UAZ Pikap" avtomobili toqquşub. Nəticədə hərbçilərin avtomobili aşıb və 28 yaşlı Narek X., 23 yaşlı Qrişa S., 30 yaşlı Qraş T. Və 26 yaşlı Seryoja S. "Erebuni" tibb mərkəzinə çatdırılıb. Yaralılardan biri yoldaca ölüb.

Maraqlıdır ki, aşan hərbi avtomobildə olanlarla yanaşı "Opel" in sürücüsünün də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi yazılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Qəza  



Xəbər lenti