Azərbaycan XİN Tacikistana başsağlığı verib

 Azərbaycan XİN Tacikistana başsağlığı verib
  10 İyul 2021    Oxunub:872
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN)Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.
Azvision.az bu barədə XİN-in tvitter səhifəsinə istinadən xəbər verir.

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda bildirilir.

Qeyd edək ki, bu gün səhər Tacikistanda zəlzələ olub. Zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub. Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: XİN   Tacikistan  



Xəbər lenti