Bu kəndə köçmək istəyənlərə 28 min avro veriləcək

 Bu kəndə köçmək istəyənlərə 28 min avro veriləcək
  10 İyul 2021    Oxunub:1620
İtaliyanın Kalabriya bölgəsinin səlahiyyətliləri yaxın gələcəkdə "ruhlar məkanına” çevriləcək kəndlərə köçmək istəyənlər üçün 28 min avroya qədər (33 min dollar) vəsait təklif etməyə hazırdır.
Azvision.az bu barədə “CNN”ə istinadla xəbər verib. Məlumata görə, söhbət dağlar və dənizin yaxınlığındakı yaşayış məntəqələrindən və başqa yerlərdən gedir. Təqdim olunan mükafat üçün kəndlərə gələnlərdən bölgədə kiçik biznesə başlamaları tələb olunur. Bu şəxslər ən azı 40 yaşında sakinlər olmalıdırlar. Onlar müraciətlərinin təsdiqlənməsindən sonra 90 gün ərzində Kalabriyaya köçməlidirlər.

Yerli hakimiyyət orqanları bu tədbirin bölgədə işləmək istəyən gəncləri və sahibkarları cəlb edəcəyinə ümidvardır. Layihəyə müraciətin yaxın bir neçə həftə ərzində onlayn aparılacağı gözlənilir. Yerli hakimiyyət layihə üçün artıq 700 min avrodan çox vəsait ayırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Kalabriya  





Xəbər lenti