Ərdoğan Fələstin lideri ilə görüşüb

Ərdoğan Fələstin lideri ilə görüşüb
  10 İyul 2021    Oxunub:769
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbas ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Vəhidəddin köşkündə baş tutub. M.Abbas iyulun 11-dək Türkiyədə səfərdə olacaq.

Daha əvvəl Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi liderlərin ikitərəfli münasibətlər, Türkiyə ilə Fələstin arasında əməkdaşlığı gücləndirmək üçün atılacaq addımlar, Fələstindəki humanitar vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb. Tərəflər, həmçinin İsrail-Fələstin münaqişəsi və Fələstində keçirilməsi planlaşdırılan seçkilərlə bağlı fikir mübadiləsi aparacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Fələstin  





Xəbər lenti