Qayıq qayaya çırpıldı, 3 nəfər yaralandı

Qayıq qayaya çırpıldı,    3 nəfər yaralandı
  10 İyul 2021    Oxunub:956
Praqa yaxınlığındakı Slap su anbarında qayıq qayaya çırpılıb. Qayığın içində olan üç gənc ağır yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə Çexiya xilasetmə xidmətinin nümayəndəsi Petra Qomolova bildirib. Onun sözlərinə görə, qayıqda olanlardan ikisi kişi, biri isə qadın olub.

Onurğa sütunu zədələnmiş və qarın boşluğunda qanaxma yaranan qadın xilasetmə helikopteri ilə Praqa xəstəxanasına aparılıb. Onurğaları zədələnən kişilər isə təcili yardım maşınları ilə klinikaya çatdırılıb.

Fövqəladə vəziyyətin səbəbləri polis tərəfindən araşdırılır.

Şahanə Rəhimli

Azvision.az




Teqlər: Praqa   qayıq   qəza  





Xəbər lenti