Sumqayıtın "Tır parkı"nda mərmi tapılıb

Pirotexniklər tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri görülüb və aşkar olunmuş sursata baxış keçirilib.
Döyüş tətbiqinə yaralı, 85 millimetrlik top mərmisi olduğu müəyyən edildikdən sonra həmin sursat zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb. Top mərmisinin tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.
Azvision.az