Somalidə Prezidentin iqamətgahına mərmi atıblar

Somalidə Prezidentin iqamətgahına mərmi atıblar
  10 İyul 2021    Oxunub:1111
Somali Prezidentinin iqamətgahı yaxınlığında ən azı 4 minaatan mərmisi partlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Somalinin Shabelle Media Network xəbər portalı məlumat yayıb. Onun sözlərinə görə, partlayışlar iqamətgahın yaxınlığında yerləşən evlərə təsir göstərib. Qurbanlarla bağlı məlumat hələ bildirilməyib.

Somali xəbər portalı Goobjoog News mərmilərin prezident sarayının yaxınlığında yerləşən otelə və məktəb binalarına düşdüyünü qeyd edib.

Xatırladaq ki, bu, Moqadişoda şənbə günü baş verən ikinci terror aktıdır. Səhər saatlarında paytaxtın mərkəzində terrorçu kamikadze şəhər polisinin başçısı polkovnik Farhan Karolenin həyatına qəsd etməyə cəhd edib. O, xəsarət almasa da, 9 mühafizəçisi öldürülüb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Somali  



Xəbər lenti