Yaponiyada torpaq sürüşməsi 10 nəfərin ölümünə səbəb olub

Yaponiyada torpaq sürüşməsi 10 nəfərin ölümünə səbəb olub
  11 İyul 2021    Oxunub:791
Yaponiyanın mərkəzində yerləşən Atami şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə bazar günü Kyodo agentliyi məlumat yayıb. Artıq ikinci həftədir ki, xilasedicilər sürüşmə yerindəki dağıntıları təmizləməyə davam edirlər. 18 nəfər hələ də itkin düşmüş sayılır.

Qeyd edək ki, 37 min nəfər əhalisi olan Atamidə sürüşmə iyulun 4-ü səhər saatlarında baş verib. Hadisə nəticəsində 130-dan çox ev və bina ziyan görüb.

Sürüşməyə Yaponiyanın mərkəzi və şərq bölgələrində bir neçə gün davam edən yağış səbəb olub. Bəzi yerlərdə iki gün ərzində 400 ilə 600 mm arasında yağıntı düşüb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti