ABŞ-ın Suriyadakı hərbi bazasına ikinci hücum olub
"ABŞ işğalçı qüvvələrinin şərqi Deyr əz-Zor əyalətində yerləşən Omar neft sahəsindəki bazası raketlərlə atəşə tutuldu", -deyə məlumatda qeyd edilir.
Agentliyin mənbələrinə görə, yerdən tüstü buludları qalxır. Livan telekanalı Əl-Mayadeen mərmilərin maddi ziyanla nəticələndiyini bildirib.
Qeyd edək ki, SANA ötən gecə başqa bir ABŞ bazasına hücum olması ilə bağlı məlumat vermişdi. Bildirilmişdi ki, bazanın yerləşdiyi Konoko qaz emalı zavodunda partlayış baş verib. İlkin məlumatlara görə, itki və xəsarət alan yoxdur.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


