13 yaşlı autist yeni doğulan bacısını binadan atıb

13 yaşlı autist yeni doğulan bacısını binadan atıb
  11 İyul 2021    Oxunub:877
Rusiyada 13 yaşlı oğlan körpə bacısını binadan atıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, bu gün Moskvanın Levoberejnaya küçəsindəki hündür mərtəbəli binalardan birinin yaxınlığında yeni doğulmuş bir qızın cəsədi tapılıb. İstintaqçılar hadisənin onun qardaşı tərəfindən törədildiyini müəyyənləşdiriblər.

"İlkin olaraq ananın körpəni bir müddət diqqətindən kənar saxladığı və onu ruhi xəstəlikdən əziyyət çəkən 13 yaşlı qardaşı ilə otaqda tək qaldığı təsbit edilib",- xəbərdə deyilir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin "RİA Novosti"yə verilən məlumata görə, oğlan autizmdən əziyyət çəkir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti