Florida faciəsində ölənlərin sayı 90-a çatdı

Florida faciəsində ölənlərin sayı 90-a çatdı
  11 İyul 2021    Oxunub:804
İyunun 24-də ABŞ-ın Florida ştatının Mayami şəhəri yaxınlığında baş vermiş bina uçqununun qurbanları artmaqdadır.
Azvision.az xəbər verir ki, "RİA-Novosti" artıq ölənlərin sayının 90-a çatdığını yazıb.
Hələlik 71 nəfərin şəxsiyyəti müəyyənləşib.

Qeyd edək ki, bundan öncə ən son məlumat kimi 86 nəfərin öldüyü bildirilirdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Bina  





Xəbər lenti