Belarusda deputata qarşı sui-qəsd cəhdi olub

Belarusda deputata qarşı sui-qəsd cəhdi olub
  11 İyul 2021    Oxunub:1011
Belarusda deputatın evinə "Molotov kokteyl"i atılıb.
Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Belə ki, Belarus parlamentinin aşağı palatasının beynəlxalq məsələlər komissiyası sədrinin müavini Oleq Qaydukeviç RİA Novostiyə bildirib ki, gecə naməlum şəxs evini yandırmaq istəyib. Amma heç kim zərər görməyib.

"Gecə evimə üç "Molotov kokteyl"i atıldı. Biri evə, ikisi isə evin yaxınlığındakı dayanacağa düşdü. Dayanacağa düşən butulkalardan biri qırıldığından alovlanıb. Xoşbəxtlikdən heç kimin zərər görməyib".

Qaydukeviç özünün və ailəsinin həmin vaxt evdə olmadığını, ancaq maşınlarının dayanacaqda durduğunu söyləyib. Bu səbəbdən də qatillər millət vəkilinin və ailəsinin evdə olduğunu düşünüblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti