Pentaqon Haitinin ölkəyə ordu göndərmə ilə bağlı müraciətini şərh edib

Pentaqon Haitinin ölkəyə ordu göndərmə ilə bağlı müraciətini şərh edib
  11 İyul 2021    Oxunub:719
Pentaqon, Haiti hakimiyyətinin ABŞ ordusunun bu ölkəyə göndərilməsi ilə bağlı müraciətini nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kibri bildirib.

"Haiti hökumətinin müraciətindən xəbərdarıq və məsələni araşdırırıq", - Kibri əlavə edib.

Onun sözlərinə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun nümayəndələrinin daxil olduğu qrup yerli hakimiyyət orqanlarına ölkə prezidentinin sui-qəsdini araşdırmaqda, günahkarları müəyyənləşdirməkdə kömək göstərmək üçün Haitiyə yola düşüb.

"Bəlkə də qrup artıq Haitiyə çatıb. Bizim indi səylərimiz məhz bu istiqamətə yönəlib", - Pentaqon sözçüsü vurğulayıb.

Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moize iyulun 7-də evinə silahlı hücum zamanı öldürülb. Həyat yoldaşı Martine Moize isə ağır yaralanıb.

Azvision.az



Teqlər: Pentaqon   Haiti   Ordu  





Xəbər lenti