Haiti prezidentinin qətlinin təşkilatçısı saxlanılıb

Haiti prezidentinin qətlinin təşkilatçısı saxlanılıb
  12 İyul 2021    Oxunub:815
Prezident Jovenel Moizin qətlinin ehtimal edilən təşkilatçılarından biri Haitidə tutulub.
Azvision.az “Acento” nəşrinə istnadən xəbər verir ki, bu barədə yerli polisin rəhbəri Leon Şarl bildirib. Onun sözlərinə görə, cinayət siyasi səbəblərdən törədilib. Hüquq-mühafizə orqanları nəzarətə alınan Emmanuel Sanon ilə əlaqə saxlayan digər iki təşkilatçı axtarır.

İstintaqa görə, Sanon ABŞ-da yerləşən bir Venesuela təhlükəsizlik şirkəti ilə əlaqə qurub. Məhz bu şirkətin Haiti liderinə sui-qəsdə günahlandırılan kolumbiyalıları işə götürdüyü ehtimal edilir. Sanon, öz təhlükəsizliyi üçün işə götürdüyü bir neçə Kolumbiya vətəndaşının müşayiəti ilə xüsusi təyyarə ilə Haitiyə gəlib.

Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moiz iyulun 7-də naməlum silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilib. Ölkənin birinci xanımı isə ağır yaralanıb. Hazırda o, Mayamidə müalicə alır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti   JovenelMoiz  





Xəbər lenti