Qətlə yetirilən prezidentin xanımının vəziyyəti açıqlanıb

Qətlə yetirilən prezidentin xanımının vəziyyəti açıqlanıb
  12 İyul 2021    Oxunub:2105
Haitinin baş naziri vəzifəsini icra edən Klod Jozef ölkə prezidentinə qarşı hücumda yaralanan ölkənin birinci xanımı Martin Moizin vəziyyətinin yaxşı olduğunu söyləyib.
Azvision.az bu barədə “Haiti24”ə istinadla xəbər verir.

Hökumət rəhbəri mərhum Prezident Jovenel Moizin həyat yoldaşı ilə telefonda danışdığını bildirib.

"Birinci xanımın vəziyyəti yaxşıdır. Şənbə günü bir neçə dəfə telefon danışığımız oldu. Bundan əlavə, əməliyyatdan sonra onun zəng etdiyi ilk şəxs mən oldum", - Jozef deyib.

Xatırladaq ki, prezident Jovenel Moiz iyulun 7-də çərşənbə günü gecə evinə edilən hücum zamanı öldürülüb. Həyat yoldaşı isə ağır yaralanıb, Mayamidə (ABŞ) xəstəxanadadır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti   Prezident  





Xəbər lenti