Çində 660-dan çox uçuş təxirə salınıb
Pekində yağışlar bazar günü axşam saatlarında başlayıb. Meteoroloji Xidməti leysan yağışları ilə əlaqədar xəbərdarlıq elan edib. Sinoptiklər sabah səhərədək 100 millimetrədək yağıntının düşəcəyini, dağlıq ərazilərdə daşqın və sel riski olduğunu proqnozlaşdırır. Şəhər rəhbərliyi yağışın mümkün fəsadlarının aradan qaldırılması üçün 15 min nəfəri səfərbər edib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


