Pompeo Baydeni Rusiya ilə sərt olmağa çağırdı

   Pompeo Baydeni Rusiya ilə sərt olmağa çağırdı
  12 İyul 2021    Oxunub:1592
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Rusiya ilə sərt davranmağa çağırıb. “Vladimir Putin kiberhücumların dayandırılması üçün tədbirlər görülməsinə çağıran ABŞ prezidenti Co Baydenin mövqeyində zəiflik görür”.
Azvision.az xəbər verir ki, bu barədə dövlət departamentinin sabiq şefi Mayk Pompeo “Fox Nyus”-a açıqlamasında bildirib.

“Putin ona aşağıdakı sözləri deyən ABŞ prezidentini görür: “Baxın, bu siyahıda 16 obyekt var, sizə onlara toxunmaq olmaz”, - amerikalı siyasətçi deyib və əlavə edib ki, halbuki potensial hücuma məruz qala biləcək minlərlə digər obyekt də var.

Onun sözlərinə görə, Vaşinqton Moskavanı həqiqi, mümkün, ciddi və sürətli nəticələr haqqında xəbərdar etməlidir.

“Bizə onlara eyni tərzdə hücum etmək qətiyyən çətin deyil; bunun üçün nə ordunu kütləvi səfərbər etmək lazımdır, nə də başqa bir şey. Biz məhz bu cür cavab verməyə hazır olmlıyıq”, – Pompeo yekunlaşdırıb.

Bundan əvvəl Rusiya və ABŞ liderləri arasında baş tutan telefon söhbətində Suriyadakı vəziyyətə, kiber cinayətkarlıq problemlərinə və digər məsələlərə toxunulub. Daha əvvəl prezidentlər Cenevrədə görüşmüş və orada da haker hücumları ilə bağlı məsələləri müzakirə etmişdilər. Görüşlərin yekunlarına görə, tərəflər bu problemlə bağlı məsləhətləşmələrə başlamaq haqqında razılığa gəliblər.



Rusiya prezidenti Putin məsələyə münsibətində xatırladıb ki, Moskva ABŞ-ın kiber hücumlarla bağlı bütün sorğularına dair informasiyaları əvvəllər də təqdim edib, lakin Amerika xüsusi xidmətlərindən cavab almayıb. Təkcə 2020-ci ildə Rusiyanın 45, 2021-ci ildə 35 sorğusuna cavab verilməyib.



Putin onu da əlavə edib ki, dünyadakı kiber hücumların çoxunu ABŞ həyata keçirir, “ikinci yerdə Kanadadır, onlardan sonra iki Latın Amerikası ölkəsi, daha sonra Böyük Britaniya gəlir. Rusiya bu siyahıda yoxdur, odur ki, bu iftiraları yığışdırmaq lazımdır".

Nadir Quliyev
Azvision.az


Teqlər: Pompeo   Bayden   Putin   kiberhücum  



Xəbər lenti