Ermənistanda virusdan ölənlərin sayı 4547 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 4547 nəfərə çatıb
  12 İyul 2021    Oxunub:985
Ermənistanda son sutka ərzində daha 71 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 226 459 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4547-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1108 nəfərdir. Aktiv xəstələrin sayı 3073 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti