Daha bir məmur Paşinyanın siyasi ambisiyasının qurbanı oldu

Daha bir məmur Paşinyanın siyasi ambisiyasının qurbanı oldu
  12 İyul 2021    Oxunub:816
Arqişti Kyaramyan Ermənistanın İstintaq Komitəsinin rəhbəri təyin olunacaq.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, müvafiq qərar layihəsi hökumət iclasının gündəliyinə daxil edilib.

Hazırda bu vəzifəni Ayk Qriqoryan tutur. Gündəlikdə onun postundan azad edilməsi məsələsi də yer alır.

30 yaşlı Arqişti Kyaramyan, 2020-ci ilin iyunundan oktyabr ayınadək Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. 24 dekabr 2020-ci ildə Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin edilib.

Xatırladaq ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan artıq onun İstintaq Komitəsi rəhbərinin müavini vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb.

Azvision.az



Teqlər: ArqiştiKyaramyan  





Xəbər lenti