"Ermənistanın başına gələn hər şey Rusiyadan deyil, bu ölkənin özündən və xalqdan asılıdır. Rusiya Ermənistanın dövlət kimi qalması üçün hər şeyi etdi. Və mühakimə edə biləcəyim qədər Rusiya maddi və digər fəaliyyətinə hələ də sadiqdir. Ölkəmizdə bir çox insan deyir ki, buna nə ehtiyacımız var? Axı niyə biz Rusiya imperiyası və Sovet İttifaqının siyasətlərinə görə cavabdeh olmağa davam etməliyik? Bundan əlavə, deyirlər ki, baxın, nefti , çoxlu pulu olan Azərbaycan var. Maddi cəhətdən Moskvaya bağlı olan Türkiyəyə də baxın. Bu vəziyyətdə verilən suallara cavab yoxdur. Rusiyadan başqa heç kim Ermənistan üçün bu qədər iş görməyib".
|
| "Ermənistan Azərbaycanla sərhədlərini qorumaq istəmir"- Kolerov |
"Ermənistan bir dövlət olaraq necə olacaq? Heç kim bu ölkəylə maraqlanmır. Əslində o, Türkiyə və Azərbaycandan fərqli olaraq, geopolitik maraq kəsb etmir. Ermənistan indiyə qədər mütləq səriştəsizliyini göstərdi".
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


