Rusiya qvardiyası tarixinin ən böyük təlimlərinə start verildi

Rusiya qvardiyası tarixinin ən böyük təlimlərinə start verildi
  12 İyul 2021    Oxunub:1655
Bu gündən Rusiya qvardiyası "Zaslon-2021" adlı irimiqyaslı təlimlərə başlayır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, təlimlər iyulun 30-a kimi davam edəcək. Təlimlərə milli qvardiyanın ölkənin bir neçə bölgəsində olan birləşmə və hərbi hissələri cəlb ediləcək.

“Rosqvardiya" 12-30 İyul 2021-ci il tarixində yarandığı gündən bəri ilk dəfə olaraq ölkənin bir sıra bölgələrində “Zaslon-2021” adlı böyük bir əməliyyat və strateji təlimlər keçirəcək",-deyə xəbərdə yazılıb.

Bildirilir ki, hərbi manevrlərin məqsədi sentyabrda keçirilməsi planlaşdırılan "Zapad-2021" təliminə hazırlıqdır.

Qeyd edək ki, bir müddət öncə NATO-nun "Sea Breeze-2021" təlimləri fonunda Krımda "Pantsir-C1" komplekslərinin iştirakı ilə geniş hərbi təlimlər keçirilmişdi. Ümumilikdə isə mütəxəssislər son bir ayda Rusiya sərhədləri ətrafında yaranan ardıcıl insidentlərı və reallaşdırılan ardıcıl təlimləri Moskvanın Qərblə yeni gərginlik yaşaması ilə əlaqələndirirlər.

Tural Tağıyev
Azvision.az




Teqlər: Rusiya   Təlim  





Xəbər lenti