Son iki gündə 7 nəfər yol qəzasında ölüb

  12 İyul 2021    Oxunub :294
Son iki gündə 7 nəfər yol qəzasında ölüb
Daxili İşlər Nazirliyi (DİN) iyulun 10-da və 11-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 94 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 63, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN  






Xəbər lenti