Putin və Bayden haker hücumlarını müzakirə edib

 Putin və Bayden haker hücumlarını müzakirə edib
  12 İyul 2021    Oxunub:1242
Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Bayden telefon danışığı zamanı haker hücumları mövzusunu müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada bir sıra nüanslar var. Birincisi, amerikalı həmsöhbətlərimizin dedikləri Rusiya ərazisindən həyata keçirilən kibercinayətlər və haker hücumları məsələsi telefon danışığı zamanı müzakirə edilib", - Peskov vurğulayıb.

Kreml daha əvvəl bəyan edib ki, Putin Baydenlə söhbətində Rusiya tərəfinin informasiya məkanındakı cinayət təzahürləri ilə ortaq şəkildə mübarizə aparmağa hazır olmasını söyləməsinə baxmayaraq, son bir ay ərzində ABŞ-ın müvafiq qurumlarından bu məsələlərlə bağlı heç bir müraciət almayıb. ABŞ isə Kremlə rəğmən, kibercinayətkarlara qarşı mübarizə aparmaq barədə sorğu göndərdiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti