Əfqanıstandakı ABŞ qüvələrinin komandiri vəzifəsini tərk edir

  12 İyul 2021    Oxunub :334
Əfqanıstandakı ABŞ qüvələrinin komandiri vəzifəsini tərk edir
Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandiri general-leytenant Ostin Skott Miller vəzifəsini tərk edir.
Azvision.az bu barədə “NBC” ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən xəbər yayıb.

Məlumata görə, Miller Əfqanıstandakı ABŞ qüvvələrinə sələflərindən daha uzun müddət - 2018-ci ilin avqustundan bəri rəhbərlik edib. Onun istefadan sonra təqaüdə çıxacağı göalənilir.

Bundan əvvəl Pentaqon sözçüsü Con Kibri Əfqanıstandakı hərbi kontingentin ABŞ Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzinin nəzarəti altına keçəcəyini, səlahiyyətlərin ötürülməsinin bir neçə həftə çəkəcəyini söyləyib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden 14 aprel tarixində Əfqanıstandakı əməliyyatı sona çatdırmaq qərarına gəldiyini bəyan edib. ABŞ qoşunları2001-ci ilin oktyabrında Əfqanıstana daxil olub. Qüvvələrin geri çəkilməsinə isə cari ilin may ayında başlanılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Əfqanıstan  






Xəbər lenti