Fransada bu peşə sahiblərini məcburi peyvənd edəcəklər

Fransada bu peşə sahiblərini məcburi peyvənd edəcəklər
  12 İyul 2021    Oxunub:732
Fransada tibb işçilərinin vaksinasiyası məcburi olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı deyib.

"Tibbi personal və bir sıra digər peşələrin nümayəndələri üçün məcburi koronavirus peyvəndi tətbiq edəcəyik. Bu sərəncamın 15 sentyabr tarixindən etibarən həyata keçirilməsini yoxlamaq üçün nəzarət və inzibati cəzalar tətbiq ediləcək", -deyə Makron bildirib.

Fransa Prezidenti bu tədbirlərin həyata keçirilməsini epidemioloji vəziyyətin pisləşməsi ilə izah edib.

"Ölkəmiz epidemiyanın yenidən şiddətlənməsi ilə qarşılaşır". Dövlət başçısı məcburi peyvəndin həkimlərə və köməkçi işçilərə, o cümlədən xəstəxanalarda çalışan və ya evdə xəstələrə qulluq edənlərə aid olduğunu bildirib.

Prezident qeyd edib ki, 21 iyul tarixindən etibarən Fransada mürəkkəb sanitar vəziyyəti nəzərdən keçirmək və epidemiya ilə mübarizədə yeni aktlar qəbul etmək üçün parlamentin təcili iclası keçiriləcək.

Şahanə Rəhimli



Teqlər: Peyvənd   Fransa  





Xəbər lenti