Qırğızıstanda sel 6 nəfərin ölümünə səbəb oldu

Qırğızıstanda sel 6 nəfərin ölümünə səbəb oldu
  12 İyul 2021    Oxunub:1052
Qırğızıstanın cənubunda sel altı nəfərin ölümünə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqaladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, sel 7 nəfəri aparıb. Onlardan 6 nəfərin cəsədi tapılıb.

Nazirliyin verdiyi məlumata görə, fövqəladə hadisənin baş verdiyi yerdə bir neçə onlarla xilasedici çalışır. Həmçinin, yerli hakimiyyət orqanları, polis və könüllülər fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak edirlər.

Qeyd edək ki, daha əvvəl ölkənin Fövqəladə Hallar Nazirliyi SMS-bildiriş vasitəsi ilə vətəndaşları 12-14 iyul tarixlərində sel təhlükəsinin olması barədə məlumatlandırmışdı.

Şahanə Rəhimli


Azvision.az



Teqlər: Qırğızıstan   sel  





Xəbər lenti