“ABŞ Rusiya və Çinlə savaşsa, uduzacaq” – Amerikalı polkovnik

   “ABŞ Rusiya və Çinlə savaşsa, uduzacaq” –    Amerikalı polkovnik
  12 İyul 2021    Oxunub:1894
“NATO Rusiya və Çinlə müharibə etsə, qalib gələ bilməyəcək”. Bunu ABŞ ordusunun istefada olan polkovniki Mark Qanzinger “Defense News”da dərc olunan müəllif yazısında bildirib.
Qanzinger yazısında göstərir ki, ABŞ-ın Müdafiə Nazirliyinin müasir texnologiyalara arxayın olaraq, canlı qüvvənin sayını azaltması yanlış strategiyadır.
"Hərbi təyyarələri dronlar əvəz edəcək" - Səlcuk Bayraktar

Azvision.az xəbər verir ki, polkovnikə görə, əgər Çin Tayvana, yaxud, Rusiya Pribaltikaya müdaxilə edərsə, ABŞ məsələyə qarışaraq, rəqibə genişmiqyaslı dəqiq zərbələr vurmalıdır. Amma Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələrinin 66%-i soyuq müharibə bitəndən sonra “zibillikdə çürüyür”.

Onun sözlərinə görə, hazırda ABŞ Ordusunun gücü 1991-ci ilin Körfəz Müharibəsi zamanı olan gücün yarısına bərabərdir.

- Çinin Tayvanı tutmasına və Cənubi Çin Dənizində hegemonluğunu möhkəmləndirməsinə mane ola bilməsək, ABŞ-ın statusu Sakit Okeanın qərb hissəsində yerləşən ikinci dərəcəli ölkə statusuna qədər enəcək. Eyni şəkildə, Rusiyanın Pribaltikaya müdaxiləsi də NATO-nun sonunu çatdıra bilər,- Polkovnik yazır.

Samir Quliyev
Azvision.az



Teqlər: Hərb  



Xəbər lenti