Mehrinin sabiq rəhbəri həbs edilib

Mehrinin sabiq rəhbəri həbs edilib
  13 İyul 2021    Oxunub:946
Ermənistanın Sünik (Zəngəzur – red.) bölgəsinin Mehri rayonunun keçmiş rəhbəri Mxitar Zakaryan 2 ay müddətinə həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan “Facebook”da yazıb.

Vəkil bundan əvvəl Zakaryanın həbsi zamanı hüquq-mühafizə orqanlarının qeyri-adekvat güc tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, müvəkkili özü polis şöbəsinə gəlib, heç bir təhlükə yaratmayıb. Bu səbəbdən vəkil polisin hərəkətlərini qanunsuz hesab edir.

"Standart ssenari ... Məhkəmə Mxitar Zakaryanın həbsini qanunsuz olduğunu etiraf edir, ancaq onun barəsində 2 ay müddətinə həbs qərarı çıxardı", - Sarkisyan vurğulayıb.

Zakaryan büdcədən vəsait mənimsəməkdə təqsirli bilinir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ermənistan   Həbs  



Xəbər lenti