Azərbaycan XİN İraqa başsağlığı verib

   Azərbaycan XİN İraqa başsağlığı verib
  13 İyul 2021    Oxunub:973
Azərbaycanın Xarici İşlər Naziriliyi İraq hökumətinə başsağlığı verib.
Azvision.az xəbər bu barədə XİN-in tvitter səhifəsindəpaylaşım edilib.

“İraqın Nasiriyyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş verən yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin anlarda İraq hökuməti və xalqının yanındayıq”.

Xatırladaq ki, İraqın cənubunda Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələr üçün nəzərdə tutulan xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 54-ə yüksəlib. 70 nəfərdən çox insan xilas edilib.
İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XiN   İraq   Yanğın  





Xəbər lenti