Ermənistanda virusa yoluxanların sayı artıb

Ermənistanda virusa yoluxanların sayı artıb
  13 İyul 2021    Oxunub:598
Ermənistanda son sutka ərzində daha 138 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 226 597 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4549-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1110 nəfərdir. Aktiv xəstələrin sayı 3128 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az






Teqlər: COVID-19  





Xəbər lenti