Kaxa Kaladze Bakıya gəlir

 Kaxa Kaladze Bakıya gəlir
  13 İyul 2021    Oxunub:1138
Tbilisi meri Kaxa Kaladze 13-14 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək.
Azvision.az bu barədə “Sputnik Gürcüstan”a istinadən xəbər verir.

Məlumatlara görə, səfər zamanı Tbilisi ilə Bakı arasında qardaşlaşma haqqında memorandum imzalanacaq. Kaladze Bakıda bir sıra görüşlər keçirəcək.

Səfər zamanı onu müavini İlya Eloşvili müşayət edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: KaxaKaladze   Bakı   Səfər  





Xəbər lenti