Rusiyada koronavirusdan ölənlərin sayı 144 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 144 mini ötüb
  13 İyul 2021    Oxunub:734
Rusiyada son sutka ərzində koronavirusa 24 702 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 833 175 nəfərə çatıb.

Ötən gün virusa yoluxmuş 780 nəfər vəfat edib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 144 492 nəfərə çatıb. Ümumilikdə 5 236 214 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  





Xəbər lenti