Putin Belarusu etibarlı tərəfdaş adlandırıb

  13 İyul 2021    Oxunub :374
Putin Belarusu etibarlı tərəfdaş adlandırıb
Belarus Rusiyanın sabit və etibarlı tərəfdaşıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə deyib.

Onun sözlərinə görə, koronavirus və sanksiyalarla əlaqəli çətinliklərə baxmayaraq Belarusun xarici borcu 2,5% azalıb .

- Bu mənada Belarus sabit və etibarlı tərəfdaşdır. Ölkənin qızıl və valyuta ehtiyatları xarici ticarət əməliyyatları aparmaq üçün tələb olunan səviyyəni əhəmiyyətli dərəcədə aşır. Koronavirus səbəbindən Belarusda kənd təsərrüfatı istehsalı bir qədər - 11 faiz, azalıb. Lakin sənaye istehsal 16 faizdən çox artıb. Sənaye sektorundakı dərin əməkdaşlığımızı nəzərə alaraq bu, çox yaxşı göstəricilərdir, - Putin deyib.

Rusiya lideri Sovet İttifaqından bəri mövcud olan, son illərdə daha da inkişaf etdirilən istehsal əlaqələrinin həm Rusiyanın, həm də Belarusun iqtisadiyyatına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, bu gün Prezident Lukaşenko Rusiyaya işgüzar səfər edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Belarus  






Xəbər lenti