Tallində qadını səhvən üçüncü dəfə peyvəndlədilər

Tallində qadını səhvən üçüncü dəfə peyvəndlədilər
  13 İyul 2021    Oxunub:646
Estoniyada vaksinasiya ilə bağlı ilginc hadisə yaşanıb.
Azvision.az xəbər verir ki, Estoniya mətbuatının məlumatına görə, Tallin sakini Katarinu-Jette Sıerde səhvən üçüncü dəfə koronavirus əleyhinə peyvənd olunub.

Belə ki, virusa görə hər iki doza peyvəndi vurdurmuş qadın gənə ensefaliti əleyhinə vaksin olunmaq üçün "Confido" özəl klinikasına müraciət edib. Nəticədə qadına səhvən üçüncü dəfə koronavirus vaksini vurulub.

Hazırda Sıerde özünü yaxşı hiss etdiyini bildirib. Üçüncü dozanın ona mənfi təsir etməyəcəyi bildirilir. Səhvin tibb bacısının məsuliyyətsizliyi ucbatından olduğu bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vaksin   Tallin  





Xəbər lenti