Fransada prezident seçkilərinin vaxtı açıqlandı

Fransada prezident seçkilərinin vaxtı açıqlandı
  13 İyul 2021    Oxunub:946
Gələn il Fransada keçiriləcək prezident seçkilərinin vaxtı rəsmi olaraq elan edilib.
Azvision.az xəbər verir ki, prezident seçkilərinin birinci turu gələn ilin aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.

Bildirilib ki, prezident seçkilərindən sonra iyunun 12 və 19-da ölkədə parlament seçkiləri keçiriləcək.

Bir çox siyasətçilər seçki tarixləri ilə bağlı tənqidi fikirlərini bildiriblər. Qeyd ediblər ki, seçki tarixləri tətil vaxtı ilə üst-üstə düşür və sağçı və ifrat sağçı partiyaların olduğu regionlarda seçici iştirakına mənfi təsir edəcək.


Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti